İran səhvən vurduğu Ukrayna təyyarəsində həlak olanların ailələrinə 150 min avro ödəyəcək

İran Tehranda Ukraynaya məxsus təyyarənin vurulması nəticəsində həlak olanların ailələrinə 150 min avro məbləğində kompensasiya ödəyəcək.

Bununla bağlı İran Nazirlər Kabinetinin bugünkü iclasında qərar qəbul edilib.

Qərara əsasən, nəzərdə tutulan kompensasiya tez bir zamanda hər bir həlak olan şəxsin ailəsinə milliyyəti və vətəndaşlığından asılı olmayaraq ödəniləcək.

Kompensasiyanın ödənilməsi İranın Yol və Şəhərsalma Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Ukrayna təyyarəsinin vurulmasına dair araşdırma başa çatıb və bununla bağlı hesabat hazırlanıb.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinin yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır

Sonrakı məqalə

Azərbaycanda bir gündə 1052 nəfər yoluxub-