İran Silahlı Qüvvələri aksiyalarla bağlı bəyanat yaydı:"Ölkəyə istənilən hücumun qarşısını almağa hazırıq"

İran Silahlı Qüvvələri ötən günlərdə benzinin bahalaşmasından sonra baş vermiş məlum iğtişaşlarla bağlı bəyanat yayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bəyanatda ordunun İslam Respublikasının sərhədlərinin qorunması ilə bağlı hazırlıq vəziyyətində və ayıq olduğu bildirilib.

Qeyd edilib ki, ölkə daxilində sabitliyin qorunub saxlanılması ilə yanaşı, düşmənlərin öncədən İslam Respublikası əleyhinə hazırladığı çirkli planlarla bağlı xalqı məlumatlandırmaq zəruridir: “Ordu ölkənin quru, hava və dəniz sərhədlərinin təhlükəsizliyinə qarşı bütün çirkli plana qarşı hazırdır və bu sahədə ayıq olmağı zəruri hesab edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Sabunçu-Pirşağı xəttinin açılışında iştirak edib:

Sonrakı məqalə

Tbilisidə müxalifət etiraz aksiyasını yenidən bərpa edib