İran Süleymaninin qətli ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib

Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib. Musəvi deyib ki, İran XİN olayla bağlı siyasi, hüquqi müstəvidə, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində addımlar atır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MSK jurnalist Ceyhun Musaoğlu barədə qərarı ləğv etdi –

Sonrakı məqalə

394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb –