İran Təhlükəsizlik Şurası təcili iclas çağırdı

kasım-süleymani1-680x365_c

İranın Ali Milli Təhlükəsizlik Şurası İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi ilə əlaqədar təcili iclas keçirəcək.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Təhlükəsizlik Şurasının nümayəndəsi Keyvan Xosvari deyib.

O bildirib: “Bir neçə saat ərzində Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir