“İran ətrafındakı müharibə bütün regiona yayılmaqdadır”-Hakan Fidan

Sabitlik və sülh Türkiyənin xarici siyasəti üçün prioritet olaraq qalır. Bu gün İran ətrafındakı müharibənin tədricən bütün bölgəyə yayılmasını həyəcanla izləyirik. Münaqişə dərhal bitməli, tərəflər isə diplomatik masaya qayıtmalıdırlar. Ankara bu istiqamətdə fəal səylərini davam etdirir.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada banqladeşli həmkarı Xalilur Rahmanla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

H.Fidan vurğulayıb ki, “Türkiyənin regionda sülhə nail olmaq üçün səmimi səyləri Ankaranın milli təhlükəsizlik tələblərindən geri çəkiləcəyi anlamına gəlmir”.

Bu baxımdan, o, ölkənin cənubu üzərində daha bir İran ballistik raketinin ələ keçirilməsini xatırladıb. “Biz bu yolverilməz hadisə ilə bağlı İran tərəfi ilə əlaqə saxlayırıq”, – deyə türkiyəli nazir bildirib və Ankaranın təxribatlara təslim olmayacağını vurğulayıb.

“Ankara bu ədalətsiz müharibəyə cəlb olunmaq istəmir. İrana hücumlar dərhal dayandırılmalıdır, həmçinin İranın region ölkələrinə hücumları da dayandırılmalıdır. Digər dövlətlər də təxribatlara uymamalıdırlar. İranın ətrafındakı münaqişə qlobal iqtisadi sabitliyi təhdid edir. İqtisadi sahədə mənfi nəticələr artıq bu gün hiss olunur”, – deyə o bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.