İran-Türkiyə sərhədində güclü zəlzələ olub

25 İyun 2020 - 16:42

İranın şimal-qərbində, Türkiyə ilə sərhəddə 5,3 maqnitudalı zəlzələ baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Seysmologiya Mərkəzi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qərbi Azərbaycan əyalətində, Katur kəndindən 22 kilometr, əyalətin ən böyük şəhəri və inzibati mərkəzi olan Təbrizdən isə 139 kilometr məsafədə olub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar yerli vaxtla saat 14:33-də qeydə alınıb.