“İran Türkiyə ilə ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq istəyir”- RƏİSİ

İran Türkiyə ilə ticarət dövriyyəsini ildə 30 milyard dollara çatdırmaq istəyir.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

Rəisi əlavə edib ki, Türkiyə İran üçün mühüm tərəfdaşdır və birgə səylərlə oxşar ticarət həcminə nail olmaq olar.

Onun sözlərinə görə, Türkiyə və İran Fələstin xalqını dəstəkləmək zərurətində həmrəydilər.

“Biz əminik ki, qələbə Fələstin xalqının olacaq”, – Rəisi qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

Rusiyada tabut qiymətləri rekord həddə bahalaşıb

Sonrakı məqalə

Vergi borclarının alınmasına möhlət verilməsi mexanizmi təkmilləşdirilib