İran və Azərbaycan vətəndaşlarının sürdüyü avtomobillər toqquşub

- Ölən var
07 Yanvar 2020 - 15:02

Bakıda İran və Azərbaycan vətəndaşlarının idarə etdikləri avtomobillər toqquşub.

“Report” xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Məlumata görə, İran vətəndaşı 43 yaşlı Sabahi Faramarzinin idarə etdiyi “Scania” markalı yük avtomobili ilə Bəşir Sadıqovun sürdüyü “Range Rover” toqquşub.

B.Sadıqov xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.