İran və ABŞ nüvə sənədlərinə dair praktik təşəbbüslər irəli sürüblər

İranla ABŞ sanksiyalar və nüvə sənədlərinə dair praktik təşəbbüslər irəli sürüblər.

Azpost.info APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Cenevrədə ABŞ-la danışıqların III raunduna dair bildirib.

“Mən yalnız onu deyə bilərəm ki, həm nüvə məsələsində, həm də sanksiyaların qaldırılması məsələsində mühüm təkliflər və praktiki təşəbbüslər irəli sürülüb. Hər iki tərəf müzakirələrə ciddi yanaşıb”, – İsmayıl Bəqayi İran televiziyasının efirində deyib.

O bildirib ki, Cenevrədə məsləhətləşmələr Oman XİN rəhbəri və AEBA-nın baş direktorunun iştirakı ilə təxminən 3 saat davam edib.

Danışıqlar bu gün nümayəndə heyətlərinin daxili məsləhətləşmələri başa çatdıqdan sonra bərpa olunacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.