İran XİN ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

05 Noyabr 2019 - 01:28
epa07607622 Newly appointed Iran's Foreign Ministry Spokesman Abbas Mousavi speaks during his first press conference at the foreign ministry in Tehran, Iran, 28 May 2019. According to media reports, during the confrance Abbas mentioned there no prospect of negotiations with the US. the conference comes after heightened tensions between Iran and the US after the declared of an additional 1,500 US troops to the Middle East. EPA-EFE/STRINGER

Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları onun ümidsizliyindən və diplomatiya yolu ilə öz məqsədlərinə çata bilməməsindən xəbər verir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi öz açıqlamasında deyib.

“Bu cür hərəkətlər yalnız ümidsizliyə və bu rejimin diplomatiyadan sərfəli istifadə edə bilməməsinə işarədir”, – deyə Musəvi bildirib.

Onun sözlərinə görə, “ABŞ-ın birtərəfli qaydada sanksiyalara bağlılığı bu ölkənin siyasətçilərini tamamilə passiv vəziyyətə salıb və yalnız absurd sanksiyalara verməyə qadirdirlər”.