Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

İran XİN-in sözçüsü Ukraynanın iddialarını təkzib edib

User 31 Avqust 2024 - 17:39 (Last updated: 21 May 2025 - 20:15)
iran xin mx

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Ukrayna Təhlükəsizlik Xidməti və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rusiya hərbçilərinin təlimində iştirak etməsi barədə Ukrayna Baş Prokurorluğunun irəli sürdüyü ittihamı təkzib edib, onu əsassız və siyasi motivli iddia adlandırıb.

TASS agentliyi xəbər verir ki, Kənani deyib: “Bu cür əsassız ittihamlar konkret siyasi məqsəd və motivlər güdür, habelə İran İslam Respublikasının Ukraynadakı münaqişə ilə bağlı prinsipial mövqeyinə ziddir. Tehran hesab edir ki, bu münaqişəyə son qoyulmalı və Rusiya ilə Ukrayna arasındakı fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir”.

Avqustun 24-də Kiyev ilk dəfə olaraq üçüncü ölkənin nümayəndəsinə qarşı Rusiyanın xüsusi əməliyyatında iştirak etməsi iddiası ilə ittiham irəli sürüb. Ukrayna Baş Prokurorluğu qiyabi olaraq SEPAH-ın generalı Abbas Musa Şərifi Mollasareyi rus hərbçilərinə PUA-lardan istifadə etmək təlimi keçməkdə ittiham edib. Bu kontekstdə Tehranın Moskvaya pilotsuz aparatları təhvil verməsi də qeyd edilib ki, bu da əvvəllər hər iki ölkənin hakimiyyət orqanları tərəfindən təkzib olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu cür xəbərləri saxta adlandırıb və Rusiya ordusunun sırf yerli istehsal olan təyyarələrdən istifadə etdiyini vurğulayıb. 2022-ci ilin noyabrında İran Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya Federasiyasına az miqdarda PUA-ların tədarük edildiyini, amma bunun Ukraynada hərbi əməliyyatların başlanmasından bir neçə ay əvvələ aid olduğunu bildirmişdi.

Post navigation

Previous: Bakının bu yerlərində suyun verilməsində fasilə yaranacaq
Next: Sabah Nizami küçəsi təmirlə bağlı bağlanacaq

Oxşar xəbərlər

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.