İranın Fars əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Yeraltı təkanlar bu gün səhər Fars əyalətinin Birənd bölgəsində 11 km dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat haqqında məlumat verilməyib. (APA)