İranda 6 ballıq güclü zəlzələ –

Şərqi Azərbaycan, Təbriz titrədi
08 Noyabr 2019 - 10:05

İranın şimal-qərbində cümə günü baş verən zəlzələ nəticəsində ən azı 3 nəfər ölüb və 20 nəfər yaralanıb.

Azpost.info-nun məlumatına görə, ölkənin şimal-qərbindəki Şərqi Azərbaycan əyalətində 5.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 1,4 milyon əhalisi olan Təbriz şəhərindən 118 km qərbdə yerləşdi, zəlzələnin ocaqı isə 10 kilometr dərinlikdə yerləşirdi.

Avropa-Aralıq dənizi seysmoloji mərkəzi zəlzələ bölgəsində təxmini əhalinin 20 milyon nəfər olduğunu qeyd edir.