İranda “Bəsic”in komandiri evində öldürülüb

22.01.2020 · 12:10 · Dünya

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” Müqavimət Qüvvələrinin komandiri öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Gənc jurnalistlər klubu” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Bəsic”in komandiri bu gün ölkənin cənub-şərqində, Xuzistan vilayətində yaşadığı evdə naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.