İranda baş verən yol qəzasında 4 Azərbaycan vətəndaşı ölüb

İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.

Polisin bildirdiyinə görə, “Samand” markalı avtomobil ilə “Peugeot” markalı avtomobilin toqquşması nəticsəində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilir ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri, 1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Digər iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüfət Quliyev yenidən Lənkərandan deputatlığa namizəd oldu –

Sonrakı məqalə

Almaniya polisi Azərbaycan vətəndaşlarını saxlayıb