İranda dəhşətli qəza –

28 nəfər öldü, onlarla yaralı var
14 Noyabr 2019 - 09:43

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb.

Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıtan vətəndaşları olduğunu deyib.