İranda dəhşətli qəza –28 nəfər öldü, onlarla yaralı var

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan-Xaş yolunda iki pikap avtomobilinin toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib. M.Xaledinin sözlərinə görə, yerli vaxtla gecə saat 02:30 radələrində baş verən hadisə nəticəsində 28 nəfər həlak olub. Yol qəzasında, həmçinin 26 nəfər yaralanıb.

Təşkilat rəsmisi yol qəzasında həlak olan və yaralananların Əfqanıtan vətəndaşları olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada kollecdə atışma –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi