İranda “Fars timsahı” ləqəbli narkobaron edam olunub

İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron və onun yaxın adamı edam olunub. 

Bu barədə İranın Hörmüzqan əyalətinin prokurorluğu məlumat yayıb. Bildirilib ki, “Fars körfəzinin timsahı” ləqəbli Ə. Z. və onun yaxın adamı M.H. bu gün edam olunublar.

Bundan başqa, onların rəhbərlik etdiyi dəstənin digər 18 nəfər üzvü ümumilikdə 420 il müddətinə azadlıqdan məhrum ediliblər. “Fars körfəzinin timsahı” ləqəbli narkobaron Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrində narkotik ticarəti ilə məşğul olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Faktiki hava açıqlandı –

Sonrakı məqalə

Futbol tarixində ən bahalı transferlər açıqlanıb