İranda hərbi qulluqçunun açdığı atəş nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı həlak olub.
APA-nın xəbərinə görə, bu barədə İRİB telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər-Ləng liman şəhərində baş verib.
Polisləri güllələyən şəxs saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.