İranda naməlum şəxslərin hücumu nəticəsində 9 nəfər ölüb

İran-Pakistan sərhədinin yaxınlığındakı Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində azı 9 nəfər həlak olub.

Bu barədə Mehr agentliyi yerli mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, şənbə günü səhər naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar. Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.

Əvvəlki məqalə

Şəmkirdə bazarda baş verən yanğın söndürülüb

Sonrakı məqalə

2 qardaşın dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb