İranda sayt rəhbəri edama məhkum edilib- FOTO

İranda ötən ilin oktyabr ayında həbs olunan “Amadnews” saytının rəhbəri Ruhullah Zəm edama məhkum olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın təhlükəsizlik orqanları R. Zəmə qarşı bir sıra, o cümlədən Neft Nazirliyində işləyərkən korrupsiya ilə məşğul olması barədə ittiham irəli sürüb.

Qeyd edək ki, R. Zəm 2009-cu ilin prezident seçkilərindən sonra tanınmış müxalifətçiyə çevrilib. O, İran ruhanisi Məhəmməd Əli Zəmin oğludur. R. Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, ordan da Fransaya qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İstanbulun mərkəzi küçələrindən birinə Azərbaycan adı verilib

Sonrakı məqalə

“Vətəndaşlar koronavirusla bağlı yaşadığı ünvana uyğun poliklinikalarla əlaqə saxlayacaqlar”