İranda son sutkada koronavirusdan 125 nəfər ölüb

27 İyun 2020 - 14:10

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 125 nəfər vəfat edib.

APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla ölkədə koronavirusdan ölənlərin sayı 10364 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2456 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 220180 nəfərə çatıb.