İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 74 nəfər vəfat edib.
APA-nın Tehran bürosu xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla İranda koronavirusdan ölənlərin sayı 8425 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2095 yoluxma halı qeydə alınıb, COVID-19-a yoluxanların ümumi sayı 175927 nəfər olub.
İndiyədək xəstəlikdən 138457 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 2639 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.