İranda təyyarəni qadın pilotlar idarə etdi

- Ölkə tarixində ilk dəfə (FOTO)
16 Oktyabr 2019 - 14:46

İranın aviasiya tarixində ilk dəfə iki qadın pilot Tehran-Məşhəd aviareysini həyata keçiriblər.

Kapitan Neşət Cahangiri və köməkçisi Firuzə Firuzi göyərtəsində 171 sərnişin olan təyyarəni uğurla Tehrandan Məşhəd şəhərinə çatdırıblar.

İranın hava nəqliyyatında ilk dəfə qadının təyyarə idarə etməsi Tehranda tarixi hadisə kimi qeyd olunub.