İranda tibb mərkəzində güclü partlayış olub –

13 nəfər ölüb
30 İyun 2020 - 23:10

İranın paytaxtı Tehranın şimalında partlayış olub.

Partlayış tibb mərkəzində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayışın başvermə səbəbi qaz balonu olub.

Baş verən partlayışda 13 nəfər ölüb. Ölənlərdən 6 nəfər əməliyyat otağında olub.