İranda ABŞ və İsrailin zərbələri nəticəsində 15 mindən çox insan yaralanıb. Bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb. “İsrail və ABŞ-nin ölkəmizə qarşı başlatdığı müharibənin başlanğıcından bu yana 15 mindən çox vətəndaş yaralanıb”, - bəyanatda deyilir. Ölkə üzrə 87 tibb mərkəzi, 24 müalicə mərkəzi, 21 təcili yardım stansiyası və 18 təcili tibbi yardım maşınının da vurulduğu iddia edilir.

AzPost.az