İranda yeni ali rəhbər seçilib, adı hələ açıqlanmır

İranın Ekspertlər Şurası yeni ali rəhbəri seçib, qərar barədə daha sonra elan veriləcək.

“Mehr” agentliyi xəbər verir ki, bu barədə şuranın Xorasan-Rəzəvi ostanından olan üzvü Əhməd Ələmülhüda məlumat verib.

“Seçki keçirildi və lider müəyyən edildi”, – deyə o bildirib.

O qeyd edib ki, ölkə konstitusiyasına görə, Ekspertlər Şurasının heç bir üzvü fikrini dəyişmək hüququna malik deyil.

Ələmülhüdanın sözlərinə görə, indi hər şey şuranın katibi Ayətullah Hüseyni Buşehridən asılı olacaq, o, qurumun qərarını ictimaiyyətə açıqlamalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.