İranda zəlzələdə xəsarət alanların sayı 529 nəfərə çatıb

09 Noyabr 2019 - 11:33

İranın Şərqi Azərbaycan əyalətində baş vermiş zəlzələdə 500-dən çox insan yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, zəlzələ nəticəsində xəsarət alanların sayı 529 nəfərə çatıb.

Qeyd edək ki, noyabrın 7-də saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.