İrandakı zəlzələdə 6 nəfər ölüb- Xeyli sayda yaralı var

Ötən gecə İranın Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzi olan Təbriz şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.

Azərtac xəbər verir ki, zəlzələ nəticəsində azı 6 nəfər həlak olub, 120 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Yerli mətbuatın verdiyi xəbərlərə görə vilayətin bütün şəhərlərində hiss edilən zəlzələ əhali arasında panikaya səbəb olub. İnsanlar təcili evlərini tərk edərək bütün gecəni küçədə keçiriblər.

Təbriz də daxil olmaqla bir sıra şəhərlərdə dağıntılar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ya məsuliyyətsizdirlər, ya da ələ alınıblar”

Sonrakı məqalə

“Həmsədrlərin tərəflərə nəyisə məcburi qəbul etdirmək mandatı yoxdur”