1 aprel axşamından 2 aprelə qədər İrandan İsrailə 20 raket atılıb.
Azpost.info bildirir ki,bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) yaydığı məlumatda deyilir.
Raketlərin yarısı hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib, qalanları isə açıq ərazilərə düşüb.
Bir gün əvvəl İsrail Hərbi Hava Qüvvələri İranda təxminən 50 hədəfə 20 zərbə endirib. Əməliyyatın məqsədi ballistik raket qurğularını, eləcə də buraxılış və saxlama yerlərini hədəf almaq olub.
Həmin müddətdə Livandan İsrailə təxminən 150 raket atılıb.