İrandan yarım ton narkotik gətirmək ittihamı ilə tutuldu –Lənkəran Məhkəməsi bəraət verdi (QƏRAR)

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasova hökm oxunub. 

Bu barədə vəkil Anar Qasımlı məlumat verib. O bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsrulla Abbasovun əməli sübuta yetirilməyib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ittihama əsasən, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi narkotik vasitəni Polşaya göndərməli imiş. İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərgiz Cəlilovanın həkim qızı ABŞ -da yaşayan uyğurla ailə qurub –

Sonrakı məqalə

Qadının ata bağlanaraq sürüdülməsi xəbəri yalan çıxdı –