İranın ABŞ-a verdiyi təkliflər məlum oldu –Tehranda fikir ayrılığı var?

İran ABŞ-a Hörmüz boğazını açmağı və  münaqişəyə son qoymağı, nüvə danışıqlarını sonrakı mərhələyə təxirə salmağı təklif edir. 

Azpost.info bildirir ki, bu barədə Axios nşri məlumatlı mənbələrə istinadən xəbər verir.

Bu mənbələrə görə, Tehranın Pakistan vasitəçiləri vasitəsilə ABŞ-a çatdırdığı yeni təklif əsasən boğaz ətrafındakı böhranı və ABŞ blokadasını həll etməyə yönəlib. Bu, nüvə danışıqlarının yalnız sonrakı mərhələdə, Hörmüz boğazı açıldıqdan və blokada qaldırıldıqdan sonra başlayacağını göstərir.

Portal qeyd edir ki, Ağ Ev bu təklifi alıb, lakin ABŞ-ın onu nəzərdən keçirməyə hazır olub-olmadığı bəlli deyil.

Öz növbəsində, bir mənbə bildirib ki, ötən həftə sonu İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Misir, Türkiyə və Qətər vasitəçilərinə İran rəhbərliyinin ABŞ tələblərinə necə cavab vermək barədə fikir ayrılığı olduğunu açıq şəkildə bildirib.

Bu arada, Axios mənbələrinə görə, ABŞ prezidenti Donald Trampın bazar ertəsi günü milli təhlükəsizlik və xarici siyasət qrupu ilə İranla bağlı brifinq keçirməsi gözlənilir.

Mənbələrə görə, Trampın komandası danışıqlardakı çıxılmaz vəziyyəti və mümkün növbəti addımları müzakirə edəcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.