İranın Atom Enerjisi Təşkilatı ölkənin nüvə obyektlərinə hücumları təsdiqləyib. Bu haqda təşkilatın bəyanatında deyilir. “İsfahan, Natanz və Fordodakı nüvə obyektləri düşmənin hücumuna məruz qalıb", - bəyanatda deyilir. Təşkilat onu da bildirib ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüququn pozulmasıdır.

AzPost.az