İranın Azərbaycan əyalətləri COVID-19-a görə qırmızı bölgə elan olundu

İranda son sutkada daha 2 536 nəfər koronavirusa yoluxub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son sutkada 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasiyentin sağaldığı bildirilib.

Səhiyyə Nazirliyi ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin qırmızı bölgə olduğunu elan edib.

Əhalinin sıx olduğu bütün qırmızı bölgələrdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa karantin müddəti uzadıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş nazir:

Sonrakı məqalə

İran Trampı “İnterpol” xətti ilə axtarışa verib