İranın Baş Qərargah rəisi:

“Amerika daha dağıdıcı cavabla üzləşəcək”
08 Yanvar 2020 - 12:10

“Amerikanın hər cür yeni şər hərəkəti daha güclü, daha dağıdıcı və daha geniş cavabla üzləşəcək”.

Azpost.info İRİB-ə istinadən bildirir ki, bu sözləri İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Baqeri bildirib. Onun sözlərinə görə, bu addım Silahlı Qüvvələrinin bacarığının bir hissəsini göstərir: “İndi Amerika Birləşmiş Ştatlarının ordu qüvvələrini regiondan çıxarmalarının vaxtı gəlib çatıb”.