“İranın daxilinə doğru irəliləməyə başlayırıq” –ABŞ-ın Baş Qərargah Rəisi

İranın indiyədək 20-dən çox hərbi gəmisi, çoxlu sayda raket və pilotsuz uçuş aparatları məhv edilib.

Bu barədə ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kane brifinqdə bildirib.

Onun sözlərinə görə, İranın ballistik raket atışlarında son sutkada 23% azalma qeydə alınıb.

“Onların kamikadze dronlarının hücumu isə ilk günlərlə müqayisədə 73% azalıb”, – o bildirib.

Dan Kane müharibənin getdikcə genişləndiyi qeyd edib: “İndi biz daxilə doğru irəliləməyə başlayırıq və İran ərazisinə daha dərin zərbələr endirəcəyik”.

General ABŞ-ın İrana qarşı müharibədə 6 hərbçisini itirdiyini xatırladıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.