İranın şəhərsalma naziri Azərbaycana gəlir

08 İyun 2021 - 10:44

İranın yol və şəhərsalma naziri Məhəmməd Eslami iyunun 8-9-da Azərbaycanda səfərdə olacaq.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.

İranlı nazir yüksək səviyyəli heyətin müşayiəti ilə Naxçıvanda, sonra isə Bakıda görüşərək danışıqlar aparacaq.

İki günlük səfərin əsas məqsədi yol və dəmiryol yükdaşımaları sahəsində iki ölkənin birgə layihələri üzrə yekun razılaşmaların əldə olunmasıdır.