İranın Şərqi Azərbaycan əyalətində zəlzələ oldu

10 Noyabr 2019 - 13:22

İranın Şərqi Azərbaycan əyalətində  4.8 bal gücündə zəlzələ baş verib.

Zəlzələ bu gün günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Türkmənçay bölgəsi yaxınlığında baş verib.

Zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. (APA)