İranın sabiq ali rəhbəri Əli Xameneyinin həyat yoldaşı sağdır

Mənsurə Xocəstə – İsrailin zərbəsi nəticəsində həlak olmuş İranın sabiq ali rəhbəri Əli Xameneyinin həyat yoldaşı sağdır.

Bu barədə Rusiya KİV İranın “Fars” agentliyinə istinadən məlumat yayıb.

“Bildiririk ki, həlak olmuş ali rəhbərin həyat yoldaşı sağdır. Bu barədə ilkin məlumatlar yanlış olub”, – agentliyin məlumatında bildirilib.

Qeyd edək ki, İran KİV martın 2-də məlumat vermişdi ki, Əli Xameneyinin həyat yoldaşı fevralın 28-də İsrail hərbi hava qüvvələrinin Tehranda ayətullahın iqamətgahına hücumundan sonra ağır yaralanıb və komaya düşüb, daha sonra isə vəfat edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.