Xarici işlər naziri  Cavad Zərif İran - Rusiya münasibətlərini strateji xarakter daşıdığını deyib. Azpost.info İRİB-ə istindən bildirir ki, Moskvada səfərdə olan Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya həmişə çətin günlərdə İranın yanında olub. “ İran nümayəndə heyətinin Moskvaya səfəri iki ölkənin strateji münasibətlərini göstərir. İki tərəfin məsul şəxslərinin siyasətlərinə əsasən, hazırda İran ilə Rusiya arasında yeni münasibətlər qurulub” – deyə Zərif qeyd edib. İranın xarici işlər naziri belə qeyd edib ki, Tehran heç vaxt çətin günlərdə yanında olan dostları unutmur. O vurğulayıb ki, səfər zamanı keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin genişləndirilməsi, iki tərəfi maraqlandıran regional və beynəlxalq məsələlər araşdırılacaq.  

AzPost.az