İranın XİN-in başçısı raket hucumunu şərh etdi:  “BMT-nin Nizamnaməsinə uyğun addım atılıb”

“Bu addım BMT Nizamnaməsinə uyğun surətdə atılıb və Amerikanın qorxaqcasına hücumuna uyğun bir cavab olub”.

Azpost.info-nun məlumatına görə, bu sözləri XİN başçısı Zərif İranın ABŞ-ın İraqdakı hərbi bazasına raket hucumunu şərh edərkən yazıb. Zərifin sözlərinə görə, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə özünümüdafiə istiqamətində uyğun addımlar atıb və İranın yüksək vəzifəli rəsmiləri və vətəndaşlarına qarşı hucumun təşkil edildiyi bazanı hədəfə alıb.

“Biz gərginliyin şiddətlənməsini və ya müharibə istəmirik, amma hər bir hücum qarşısında özümüzü müdafiə edəcəyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şirvanda birgünlük körpə ölüb

Sonrakı məqalə

Vilayət Eyvazov Müşfiq Rəhimova yeni vəzifə verdi