İranın XİN rəhbəri və Trampın xüsusi nümayəndəsi aksiyaları müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff etiraz aksiyalarını müzakirə edib.

Bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, tərəflər növbəti günlərdə görüş keçirmək barədə danışıblar.

Əraqçi və Uitkoff arasında əlaqənin telefon və ya yazılı olması barədə məlumat verilməyib.

Ağ Ev və Dövlət Departamenti “Axios” un sorğusuna cavab verməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.