Rusiya Xarici Kəşfiyyatı və Amerika Mərkəzi Kəşfiyyat İdarəsi İran ətrafındakı vəziyyəti müzakirə etmək üçün işgüzar əlaqələr saxlayır.
Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Xarici Kəşfiyyat İdarəsi İrandakı vəziyyətlə bağlı Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə saxlayırmı? Bəli, biz Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə saxlayırıq”, – Narışkin deyib.
2026-cı ilin fevral ayında ABŞ İsraillə İranda birgə hərbi əməliyyata başlayıb. Münaqişənin aktiv mərhələsi dörd həftədən çoxdur ki, davam edir.
Bir il əvvəl Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff kəşfiyyat qurumları arasında əməkdaşlığı müzakirə etmək üçün telefon danışığı aparıblar.