“İranla müharibə tez başalayacaqdı, biz gecikdirdik” –HAKAN FİDAN

Türkiyə müharibənin başlamasını gecikdirdi.

Azpost.info APA -ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Türkiyənin müharibənin baş verməməsi üçün mübarizə apardığını qeyd edib: “Yaradıcı həll yolları da təklif etdik. Hətta müharibənin başlamasını gecikdirdik. Əslində, müharibə daha tez başlayacaqdı, biz öz səylərimizlə onu gecikdirdik. Bəlkə də bir nəticəyə çatmaq olardı, amma köhnə üsula qayıtmağı üstün tutdular”.

Hakan Fidan İranın Türkiyəyə hücum ehtimalına da münasibət bildirib.

“Türkiyə özünü həmişə qoruyacaq. Bunun üçün lazım olan iradəyə də, potensiala da sahibik. Bunu İran mövzusundan ayrı şəkildə deyirəm”, – Türkiyə XİN rəhbəri əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.