İranlı general meydan oxudu:"Müdafiə qabiliyyətini gücləndirəcək, raket proqramını inkişaf etdirəcəyik"

İran müdafiə qabiliyyətini gücləndirəcək və raket proqramını inkişaf etdirəcək.

Bu sözləri İran İslam Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Səlami deyib.

O bildirib ki, İranın müdafiə qabiliyyəti və xüsusilə raket proqramı rəsmi Tehranın qırmızı xəttidir. Bu xətti keçmək olmaz. Bu məsələlər heç vaxt danışıqlarda müzakirə mövzusu ola bilməz. İran bu günə kimi öz müdafiəsini təşkil edib və bu sahədə potensialını bundan sonra da inkişaf etdirəcək.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramı ilə yanaşı, raket proqramının da təhlükəli olduğunu iddia edir(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Binaların hamısı istiliklə nə vaxt təmin olunacaq?

Sonrakı məqalə

Dünyanın ən bahalı küçələri