İraq hökumətindən İrana etiraz- Səfir XİN-ə çağırılıb

İranın Bağdaddakı səfiri İrəc Məscidi İraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb İraqda baş verən kütləvi etiraz aksiyalarına münasibət bildirən səfirin sabitliyin pozulmasında ABŞ-ı təqsirkar hesab etməsi olub. Bundan başqa səfir ABŞ hərbçilərinin İraqda yerləşdirilməsini qanunsuzluq adlandırıb.

Nazirlikdə səfirə bildiriblər ki, ABŞ hərbçiləri dövlətin dəvəti əsasında İraqa gəliblər.

Qeyd edək ki, İraqda davam edən etirazlar zamanı İrana qarşı şüarlar səsləndirilir və İran hərbçilərinin ölkədən çıxarılması tələb edilir. Hətta ötən həftə Kərbəla şəhərində İranın baş konsulluğuna hücum olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident və xanımı Xətai rayonunda ağacəkmə aksiyasında

Sonrakı məqalə

“Sürix protokolları barədə xəbərdarlıq etmişdik”