İraq İranla sərhədi bağlayıb- Hər iki ölkədəki etiraz aksiyalarına görə

İraq İranla sərhəddə yerləşən “Şalamçə” Nəzarət-Buraxılış Məntəqəsinin fəaliyyətini müvəqqəti olaraq bağlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidməti məlumat yayıb.

Bildirilib ki, Tehran hər iki ölkədəki etiraz aksiyalarına görə İraq hakimiyyətindən sərhədi bağlamasını istəyib.

Qeyd edək ki, noyabrın 15-də İranda yanacağın qiyməti bahalaşıb. Buna etiraz olaraq ölkənin bir neçə şəhərində etiraz aksiyaları keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azəriqaz”:

Sonrakı məqalə

YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü kim olacaq?