“İraq müstəqil ölkədir. İran İraqın daxili işlərinə müdaxilə etməyib və etməyəcək”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Biz İraqda baş verən prosesləri izləyirik. Ümid edirik ki, İraqda sabitlik bərpa olunacaq. İran bu sahədə İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırdır”, – deyə A. Musəvi qeyd edib.