İraqın şiə lideri Muqtəda əl-Sədrin evinə dron hücumu olub

İraq ruhanisi Muqtəda əl-Sədrin evinini şənbə günü silhalı dron hədəf alıb. Bu, onun tərəfdarları 17 etirazçının ölümü ilə nəticələnən hücuma cavab olaraq Bağdada getməsindən bir neçə saat sonraya təsadüf edib.

Bu hadisə İraqda oktyabr ayından bəri davam edən hökümət əleyhinə etirazlarda narahatedici dönüş nöqtəsidir.

Paytaxtın ikonik Təhrir Meydanında toplaşan əsasən gənclərdən ibarət etirazçılar uzun müddətdir vəziyyətin xaosa çevriləcəyindən narahat idilər. Cümə günü isə onların narahatlıqlarının əbəs olmadığı ortaya çıxdı.

Gecə düşəndən sonra silahlılar etirazçıların paytaxtın Əl-Sinek körpüsü yaxınlığında həftələrdir qaldığı binaya hücum edib.

Şahidlər deyir ki, hücumçular etirazçıları atəş açaraq binadan qovarkən körpüdə yerləşdirilən təhlükəsizlik qüvvələri müdaxilə etməyib.

Tibb işçiləri AFP-yə bildirib ki, azı 17 nəfər öldürülüb, onlarla insan yaralanıb. Təcili tibbi yardım maşınları güllə və bıçaq yarası alan yeniyetmələri yaxınlıqdakı xəstəxanalara çatdırıb.

Nümayişçilər küçələrə axın edib və sosial media vasitəsilə insanları onların əsas toplaşdığı məkan olan Təhrir Meydanına gəlməyə çağırıb.

Şənbə səhər meydana yüzlərlə insan toplaşıb.

“Mən insidentdən sonra buraya gəldim və Təhrirdə və Əl-Sinekin yanında tonlarla insan var idi”, bir nümayişçi AFP-yə bildirib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ DAĞILDIĞI GÜN YELTSİN VƏ QORBAÇOV ABŞ PREZİDENTİ İLƏ NƏ DANIŞIB? –

Sonrakı məqalə

Milli Məclisin deputatı Yevda Abramovla vida mərasimi başa çatıb –