İrlandiyalı deputat AŞPA-da Ağdamın tamamilə xarabalığa çevrildiyini deyib

27 Sentyabr 2021 - 21:17

Avropa Şurası Parlament Assambleyasının payız sessiyası zamanı “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı hesabatın müəllifi, AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) Ağdamn hazırkı vəziyyətindən danışıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, məruzəçi bildirib ki, bir zamanlar 30 min insanın yaşadığı, çiçəklənən bir şəhər olan Ağdam xarablığa çevirilib: “Orada bir zamanlar insanların yaşadığına inanmaq mümkün deyil və bu mənim üçün şok edici bir vəziyyət idi”.

Paul Qavan iki ölkə arasında dialoqun qurulmasının önəminə toxunub.